SON DƏQİQƏ

“Təhsilə az, silaha çox” - Rusiyanın yeni büdcəsini belə adlandırmaq olar

Tarix:29-11-2017, 15:31

Putin rejimi insan kapitalına qoyulan pulları kəskin şəkildə azaldır, hərbi məsrəflər isə qat-qat artırılır

Ruisyanın itaətkar parlamenti xərclərin üçdə iksinin müdafiə təhlükəsizliyə ayrıldığı büdcəyə səs verdi. Rejim bunu Rusiyanın başı üzərində təhdidlərin artması ilə izah edir.

“Lakin 2018-ci ildə Putini yenidən prezident kürsüsündə saxlayacaq seçicilər çətin ki dövlət başçısının büdcə prioritetlərini bəyənsin”, -İsveçrənin “Le Temps” qəzetindən Emmanuel Qrinşpan yazır.

“Az təhsil, çoxlu top. Rusiyanın 2018-ci ildə nəzərdə tutduğu büdcə Kremlin prioritetlərindən vaz keçməyəcəyini göstərir. Rusiya iqtisadiyyatı isə heç olmasa müəyyən qədər böyümək üçün çabalamaqda davam edir. Əhalinin alıcılıq qabilyyətinin kəskin şəkildə düşdüyü bir məqamda Duma 3 illik (2018-2020) federal büdcəni 3-cü oxunuşda dərhal qəbul etdi”, - yazıda qeyd olunur.

Картинки по запросу бюджет россии 2017

Məqalədə hərbi məsrəflərin birdən-birə 32% artaraq 2 trilyon 772 milyard rubl (təxminən 50 milyard dollar) olduğu vurğulanır.

“Milli təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti” adlı bir maddədə birləşdirilən təhlükəsizlik məsrəfləri ümumi dövlət büdcəsinin 29,7%-ni təşkil edir. Bundan başqa, büdcədə tamamilə təhlükəsizlik və kəşfiyyat fəaliyyəti üçün nəzərdə tutulan gizli bəndlər də var. Həmçinin “ümumdövlət məsələləri” adlı əcaib maddədə əlavə 7,9%-lik xərclər gözə çarpır. Bu maddə də “təhlükəsizlik problemləri”nin həllinə yönəlib.

“Bu cür hərbi yüksəliş Putinin 2013-cü ildə 3-cü seçim dövründən bu yana artan sürətlə davam edir. Bəhs edlən məsrəflərin Rusiya rəhbərliyinin sözlərinə rəğmən onsuz da bərbad halda olan iqtisadiyyata zərbə vuracağı şübhəsizdir”, - Qrinşpan qeyd edir.

Картинки по запросу военный бюджет россии 2017

Belə ki, ölkənin makroiqtisadi göstəriciləri olduqca acınacaqlı sitiasiyadan xəbər verir. Payız ayları ev təsərüfatlarında gəlirlərin -1,4% azaldğını xəbər verib. Fitch agentliyinin məlumatlarına əsasən 2013-cü ildən bu yana rusiyalıların gəlirləri 11% azalıb.

“Özünə yeni toplar almaq üçün Putin əhəmiyyətsiz saydığı bir çox maddədə ciddi ixtisarlar edib. Özü də ixtisar edilən həmin xərclər gələcək perspektivdə insan kapitalına qoyulacaq pullar olmalı idi.

Belə ki büdcədə idmana ayrılan vəsait 13%, səhiyyədə 8%, təhsil və mədəniyyətə isə ayrılan vəsait 1% azaldılıb.

“Putin büdcə həbini vətəndaşlara uddurmaq üçün sosail xərcləri 23%-ə qədər artırıb. Bunun da qarşıdan gələn seçkilərə görə edildiyinə şübhə yoxdur. Çünki burada birbaşa dövlətdən asılı olan eletktoratdan (təqaüdçülər, hərbçilər, dövlət qulluqçuları, müəllimlər) söhbət gedir”, -Qrinşpann yazır.

Картинки по запросу

“Keçən çərşənbə Rusiya prezidenti ordu rəhbərliyi, hərbi-sənaye kompleksinin rəhbərliyi, habelə nazir və qubernatorlardan ölkənin səfərbərlik qabiliyyətini yüskəltmələrini tələb edib. Lakin büdcə vəsaitini səfərbər etmək seçicidən daha asandır”, - Qrinşpan yekunda qeyd edib.

Bu arada Ruisyanın məşhur iqtisadçısı Aleksandr Auzanın “Boston Consulting Group” transmilli konsaltinq şirkətinin araşdırması ilə bağlı rəyi diqqəti cəlb edir. 
Məlum olub ki, Rusiya əhalisinin 80%-nin müasir bazar şərtlərində çalışmaq üçün nə biliyi, nə də səriştəsi var. Ölkənin özündə də savadlı kadrlara tələbat olduqca azdır.

“Kommersant”ın yazdığına görə, BCG ekspertlərinin təhqiqatına əsasən Rusiya vətəndaşları ən çox sürücülük (7,1%), satıcılıq (6,8%) və cangüdənlik (1,9%) kimi sahələrdə çalışırlar. “Savad” kateqoriyasına daxil ola bilən yüksək ixtisaslı əmək sahəsində (intellektual işlər, yaradıcılıq vəzifələri) isə əhalinin sadəcə 17% məşğuldur.

Rusiya iqtisadçıları bu səbəbdən büdcədə elm və təhsilə ayrılan vəsaitin azldılmasına görə hökuməti sərt şəkildə tənqid edirlər.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN