SON DƏQİQƏ

Trampın qızını 10 min polis qoruyacaq

Tarix:27-11-2017, 16:36

Hindistan hökuməti ABŞ prezidentinin qızı İvanka Trampın da iştirak edəcəyi Qlobal Sahibkarlıq Sammitinin təhlükəsizliyini təmin etmək üçün Heydərabad şəhərinə 10 min polis yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə “Qardian” qəzeti məlumat yayıb. Məlumata görə, polislər tıxaca maneə törətdiyinə və narahatlığa səbəb olduğuna görə küçələri evsizlərdən təmizləyib. Təxminən 6 mindən çox adam reabilitasiya mərkəzlərinə yerləşdirilib.

Qeyd edək ki, sammitdə 150 ölkədən 1200-dən çox sahibkarın iştirak edəcəyi gözlənilir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN