SON DƏQİQƏ

Əfqanıstanda partlayış - 6 ölü, yaralılar var

Tarix:23-11-2017, 16:22

Əfqanıstanın şərqində Cəlilabad şəhərində partlayış törədilib. Trend-in məlumatına görə, partlayış nəticəsində azı 6 nəfərin öldüyü bildirilir.

Vilayət qubernatoru Nanqarxar Ataulla Xoqiyani partlayış faktını təsdiq edib.

Qubernator insident nəticəsində daha 8 nəfərin müxtəlif xəsarətlər aldığını deyib. Onun sözlərinə görə, partlayış keçmiş polis komandirinin evinin yaxınlığında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, partlayıcı qurğunu intiharçı-terroçu işə salıb.

Partlayışla bağlı məsuliyyəti hələ heç kim üzərinə götürməyib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN