SON DƏQİQƏ

Afinada məhkəmə binasında partlayış

Tarix:22-12-2017, 09:15

Afinada Apelyasiya Məhkəməsi binası qarşısında bomba partlayıb. Trend-in məlumatına görə, bomba partlaması nəticəsində binaya ciddi ziyan dəydiyi bildirilir.

Bina mühafizəçisinin verdiyi məlumata görə, səhər saatalrında motosikletdə iki nəfərin binaya yaxınlaşaraq, çanta atıb uzaqlaşdıqlarını görüb.

Bundan öncə isə yerli xəbər saytlarından birinə naməlum şəxs zəng edərək Apelyasiya Məhkəməsi binasına bomba qoyulması barədə xəbər verib.

Bomba partlaması nəticəsində xasarət alan olmayıb. Partlayış güclü olduğundan binada bütün şüşələr sınıb.

Hazırda ərazi polis tərəfindən nəzarətə götürülüb. Araşdırma başlayıb, həmin şəxslər axtarılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN