SON DƏQİQƏ

İtaliyanın Suriyadakı hərbi qüvvələri Afrikaya köçürüləcək

Tarix:26-12-2017, 17:43

İtaliyanın Baş naziri Paolo Centiloni insan alverinə və terrorizmə qarşı mübarizə aparmaq məqsədilə ölkənin İraqda yerləşdirilmiş hərbi qüvvələrinin bir hissəsini Nigerə köçürmək barədə parlamentə təklif edəcəyini bildirib.

Baş nazir İtaliyanın İraqdakı 1400 nəfərlik hərbi qüvvəsinin sayının İŞİD üzərində qələbələrdən sonra azala və bunun əvəzində kontingentin Qərbi Afrikanın Sahel bölgəsində yerləşdirilə biləcəyini söyləyib.

“Biz diqqətimizi Saheldə insan alverinə və terrorizmə qarşı mübarizəyə cəmləşdirməklə işimizi davam etdirməliyik. Buna görə də İraqdakı hərbi qüvvələrimizin bir hissəsi yaxın aylarda Nigerdə yerləşdiriləcək. Bununla bağlı hökumət parlamentə təklif təqdim edəcək”, – deyə Baş nazir qeyd edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN