SON DƏQİQƏ

Rusiyada polis ad günü keçirən 50 azərbaycanlıya orduya çağırış vərəqələri verib

Tarix:18-11-2023, 13:16

Rusiyanın Voronej şəhərində polis restoranlardan birində ad gününü qeyd edən 50 azərbaycanlıya hərbi xidmətə çağırış vərəqələri verib.
Vesti Voronej teleqram kanalının yazdığına görə şahidlər polisin əvvəlcə sənədləri yoxladığını, daha sonra isə hərbi komissarlığa çağırış vərəqələrini payladığını bildirib.
Bəzi məlumatlara görə çağırış vərəqələri bu yaxınlarda Rusiya Federasiyasının vətəndaşı olanlar, amma hərbi qeydiyyatdan keçməyənlərə verilib.
Oktyabrın sonlarında İstintaq Komitəsinin rəhbəri Alekdsandr Bastrıkin Rusiya pasportu alan, amma Ukraynaya qarşı müharibədə iştirak etmək istəməyən miqrantların vətəndaşlıqdan məhrum edilməsinıə dair təklif vermişdi:
“Nə qədər ki, xüsusi hərbi əməliyyat davam edir, onları bu əməliyyatda iştiraka cəlb etmək lazımdır. Əgər kimsə Rusiya Federasiyası vətəndaşı olaraq öz hərbi borcunu yerinə yetirməyə hazır deyilsə, belə adamın vətəndaşlıqdan məhrum edilməsi barədə qərar qəbul etmək lazımdır”.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN