"Mançester Yunayted" "Atletiko"nun hücumçusu Antuan Qrizmannı transfer etmək fikrindən daşınıb.
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, İngiltərə klubu fransalı oyunçu üçün 100 milyon avro ödəmək istəmədiyi üçün bu qərarı verib.
Qeyd edək ki, A.Qrizmannla "Barselona" da maraqlanır. Kataloniya klubunun bu transferi bitirəcəyi gözlənilir.