SON DƏQİQƏ

Rəşad Sadıqov növbəti rəqibi seçdi

Tarix:10-01-2018, 12:19

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunları keçirəcək.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu millimiz yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşacaq.

Hər üç oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN