SON DƏQİQƏ

Keyn Cerrardın rekordunu təkrarladı

Tarix:12-01-2018, 18:40

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın Premyer Liqanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Tottenhem"in hücumçusu Harri Keyn ötən ayın ən yaxşı oyunçusu seçilib.

Dekabrda meydana çıxdığı 6 oyunda 8 qol vuran İngiltərə millisinin üzvü karyerasında 6-cı dəfə bu ada layiq görülüb. Bununla da o, "Liverpul"un sabiq futbolçusu Stiven Cerrardın rekorduna şərik olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN