SON DƏQİQƏ

“Berti Foqtsla Azərbaycanda xüsusi vaxt keçirmişəm”

Tarix:12-01-2018, 16:41

“Berti Foqts mənə çox şey öyrədib. O, həmişə bizim yanımızda olub".

Qol.az-ın məlumatına görə, bu sözləri Almaniya mətbuatına açıqlamasında milli komandamızın sabiq məşqçisi Olaf Yansen deyib.

Berti Foqtsun dönəmində yığmamızda Foqtsun köməçisi olan almaniyalı mütəxəssis xatiralərini paylaşıb. Hazırda 4-cü bundesliqa təmsilçisi “Viktoriya”nı çalışdıran Yansen milimizin keçmiş baş məşqçisindən çox şey öyrəndiyini söyləyib: "Berti öz məşqçi və futbolçu təcrübəsi ilə məni heyran qoyub. Onunla Azərbaycanda xüsusi vaxt keçirmişəm”.

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN