SON DƏQİQƏ

"Kamranın işi qırmızı vərəqə aldığı oyunda bağlandı" - baş məşqçi

Tarix:11-01-2018, 14:25

"Kamran Ağayev gələndə hazır deyildi. Hazır olanda isə zədələndi".

Qol.az-ın məlumatına görə, bu sözləri Çexiyanın "Mlada" klubunun baş məşqçisi Duşan Uxrin deyib.

"İsport.blesk.cz" saytına müsahibə verən təcrübəli mütəxəssis millimizin qapıçısı K. Ağayevin Boleslav təmsilçisindən göndərilməsinin səbəbini açıqlayıb:"Onun işi qırmızı vərəqə aldığı oyunda bağlandı. Amma deyə bilmərəm ki, Kamran pis qapıçıdır. Sadəcə, komandaya, burdakı mühitə uyğunlaşa bilmədi".

Qeyd edək ki, cari mövsümün əvvəlində "Mlada"ya keçən Ağayev dekabrda Çexiya klubundan göndərilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN