SON DƏQİQƏ

Arda "Başakşəhər"lə müqavilə bağladı

Tarix:15-01-2018, 13:11

Türkiyənin “Başakşəhər” klubu yeni transferi Arda Turanı ictimaiyyətə təqdim edib.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, Türkiyə millisinin üzvü təqdimetmə mərasimində 2.5 illik müqaviləyə qol çəkib.

İstanbul klubunun “Barselona”dan icarəyə götürdüyü 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər 2, digər 2 ildə isə 4 milyon avro qazanacaq.

Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında "Atletiko”dan "Barselona”ya keçən türkiyəli futbolçu bu mövsüm Kataloniya klubunda heç bir rəsmi oyuna çıxmayıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN