SON DƏQİQƏ

Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb

Tarix:19-01-2018, 17:25

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

"Report"un məlumatına görə, Azərbaycan millisinin hücumçusu Deniz Yılmazın yeni komandası "Gənclərbirliyi" "Beşiktaş"a rəqib olub.

Bu cütün qalibi yarımfinalda "Giresunspor" - "Fənərbağça" cütünün qalibi ilə üz-üzə gələcək. "Akhisar Bələdiyyəspor" - "Kayserispor" cütünün qalibi isə "Konyaspor" - "Qalatasaray" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları 30 yanvardan 1 fevraladək, cavab görüşləri 6 fevraldan 8 fevraladək olacaq. Yarımfinal qarşılaşmaları isə 27 fevraldan 1 martadək və 17 apreldən 19 aprelədək keçiriləcək. Final matçının mayın 9-da Eskişehirdə təşkili nəzərdə tutulub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN