SON DƏQİQƏ

"Barselona"da növbəti müqavilə

Tarix:19-01-2018, 14:09

"Barselona" futbolçusu Serji Roberto ilə müqaviləni uzadıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi ispaniyalı yarımmüdafiəçi ilə 2022-ci ilə kimi sözləşmə imzalayıb.

Yeni müqavilə ilə "Barsa" Robertoya 500 milyon avro qiymət qoyub.

Qeyd edək ki, İspaniya millisinin üzvü "Barselona"nın yetirməsidir. O, 2010-cu ildən əsas komandada çıxış edir.

Xatırladaq ki, "Barselona" Xerard Pike ilə də müqavilə müddətini 2022-ci ilədək uzadıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN