"Barselona" futbolçusu Jerar Pike ilə yeni müqavilə imzalayıb.
Qol.az-ın klubun saytına istinadə yaydığı xəbərə görə, 30 yaşlı müdafiəçi 2022-ci il iyunun 30-na qədər Kataloniya təmsilçisində çıxış edəcək. Yeni müqavilə ilə "Barsa" Pikeyə 500 milyon avro qiymət qoyub.
Qeyd edək ki, J.Pike 2008-ci ildən Kataloniya klubunun şərəfini qoruyur. O, indiyə kimi 421 matçda 37 qol vurub.