SON DƏQİQƏ

Daha bir təmsilçimiz uğur qazandı

Tarix:22-01-2018, 09:37

Bu yaxınlarda Xorvatiyada karate üzrə 27-ci “Qran-Pri” turniri baş tutub. Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarmız turniri 8 medalla başa vurub. Karateçilərimiz ənənəvi turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. 

Gənclər arasında millimizin heyətində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Müseib Məmmədov üçün də bu yarış uğurlu olub.Çəkisi 68 kiloqramadək olan idmançılar arasında finala qədər irəliləyən yetirməmiz bürünc medal qazanıb.

M.Məmmədovu bu yarışa Cəmiyyətin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov hazırlayıb.

Bu turnirdə fərqlənən idmançılar fevralın əvvəlində Rusiyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanıblar.

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN