SON DƏQİQƏ

"Atletiko Madrid" klubunun baş məşqçisi 3 oyunluq cəzalandırılıb

Tarix:26-01-2018, 21:48

"Atletiko Madrid" klubunun baş məşqçisi Diyeqo Simeone İspaniya Kubokunun ¼ finalı çərçivəsində "Sevilya" ilə keçirilən cavab görüşünün (1:3) yekunu üzrə 3 oyunluq cəzalandırılıb.

"Report" "AS" nəşrinə istinadən xəbər verir ki, hakim Xuan Munuera matç zamanı Simeoneni tribunaya göndərib.

Madrid komandasının baş məşqçisi buna görə 1 oyunluq cəza alıb. Bundan əlavə, argentinalı mütəxəssis hakimi istehza ilə alqışladığına görə daha 2 oyun buraxmalı olacaq.

Cəza yalnız İspaniya Kuboku matçarında qüvvədə olacaq. "Atletiko" turnirdə çıxışını başa vurduğu üçün isə baş məşqçi cəzasını gələn mövsüm çəkəcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN