Antalyada təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün sonuncu yoxlama oyununu keçirib.
Qol.az-ın xəbərinə görə, Rəşad Sadıqovun komandası albaniyalı həmyaşıdları ilə üz-üzə gəlib. Matç millimizin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0.
Qeyd edək ki, yığmamız Antalyada 3 oyun keçirib. “Alanyaspor”un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn komandamız Albaniyaya 0:1 hesabı ilə uduzub, Gürcüstanla isə heç-heçə edib - 1:1.