SON DƏQİQƏ

Dani Alvesə 3 oyunluq cəza

Tarix:26-01-2018, 14:25

PSJ-nin futbolçusu Dani Alves Fransa Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalandırılıb.

Qol.az-ın məlumatına görə, bu barədə Fransa mətbuatı xəbər yayıb.

Braziliyalı müdafiəçi Fransa Liqasının son turunda “Lion”la oyunda görüşün baş hakimini təhqir etdiyi üçün bu cəzaya məruz qalıb.

Bununla da 34 yaşlı futbolçu Fransa Liqasında “Monpelye”, “Lill” və “Tuluza” ilə oyunları buraxmalı olacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN