SON DƏQİQƏ

İbrahimoviç ABŞ klubuna keçə bilər

Tarix:29-01-2018, 12:41

“Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç karyerasını ABŞ-da davam etdirə bilər.

Qol.az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə, isveçli hücumçu “Los Anceles Qalaksi”yə keçməyə yaxındır.

36 yaşlı futbolçunun hələ yayda ABŞ klubuna keçəcəyi gözlənilsə də, zədələnməsi bu transferin qarşısını alıb.
Kaliforniya klubunun 36 yaşlı futbolçunun ilinə 7.7 milyon avro maaş təklif etdiyi bildirilir.

Qeyd edək ki, İbrahimoviçin “MY”lə müqaviləsi bu ilinin iyun ayında başa çatır. O, bu mövsüm Premyer Liqada 5 oyunda meydana çıxıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN