SON DƏQİQƏ

"Arsenal" Özillə yeni müqavilə imzaladı - rəsmi

Tarix:2-02-2018, 21:02

"Arsenal" futbolçusu Məsut Özillə müqaviləni rəsmən yeniləyib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.

Britaniya mətbuatı M.Özilin yeni sözləşmə ilə həftəsinə 350 min funt sterlinq qazanacağını yazıb.

Qeyd edək ki, M.Özil bu mövsüm 21 matçda 4 qol vurub, 7 qolun ötürməsini verib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN