SON DƏQİQƏ

Cənubi Koreyadakı Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb

Tarix:7-02-2018, 12:03

Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarının Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb.

“Report” xəbər verir ki, mərasimdə Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, və digər şəxslər iştirak ediblər.

Fevralın 9-da start götürəcək olimpiadanın Açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, slalom və böyük slalom yarışlarına qatılacaq.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN