SON DƏQİQƏ

Rikardinyo futzal üzrə Avropa çempionatları tarixində ən yaxşı bombardir olub

Tarix:7-02-2018, 07:38

Portuqaliya yığması futzal üzrə Avro-2018-in ¼ final oyununda Azərbaycanı 8:1 hesabı ilə darmadağın edib və əfsanəvi Rikardinyu matçda 4 qol vuraraq poker edib.

“Report” xəbər verir ki, o, bu poker sayəsində futbol üzrə Avropa çempionatları tarixində vurduğu qolların sayını 21-ə çatdırıb və bununla da turnir tarixində ən yaxşı bombardr olub.

Bunadək futzal üzrə Avropa çempionatlarının final mərhələsi üzrə ən yaxşı bombardir hesabında 20 qol olan rusiyalı Konstantin Yeremenko idi. Bu, 17 il ərzində rekorda hesab edilib.

Rikardinyunun Rusiyaya qarşhı keçiriləcək yarımfinal matçında öz göstəricisini yaxşılaşdırmaq imkanı olacaq. Matç fevraln 8-də keçiriləcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN