SON DƏQİQƏ

Qış transferlərinin ümumi dəyəri – 1,28 milyard dollar

Tarix:16-02-2018, 18:15

Dünya klublarının qış pəncərəsində transferə xərclədikləri vəsaitin məbləği açıqlanıb.

Qol.az “TASS” agentliyinə istinadən xəbər verir ki, FİFA-nın hesabatına əsasən, komandalar heyətlərini gücləndirmək üçün ümumilikdə 3317 transferə 1,28 milyard dollar pul xərcləyiblər.

Bunun təxminən 1 milyard dollara yaxını “Böyük beşlik” təmsilçiləri - İngiltərə, Almaniya, İtaliya, Fransa və İspaniya klublarının payına düşür. Onların qış transfer xərcləri 979,1 milyon dollar təşkil edir ki, bu da 2017-ci ilin yanvar ayı ilə müqayisədə 70,6 faiz çoxdur.

Hazırkı göstərici yay transfer pəncərəsində klubların heyətlərini gücləndirmək üçün daha çox pul xərcləyəcəklərindən xəbər verir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN