SON DƏQİQƏ

Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atılıb

Tarix:23-02-2018, 17:35

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. 

"Report"un məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub. Cütlərin tərkibi "kor püşk"ə əsasən müəyyənləşib. Yəni komandaların səpələnmişlər və səpələnməmişlər səbətlərinə, eləcə də ölkə bölgüsü aparılmayıb. Yeganə istisna kimi Rusiya və Ukrayna komandaları bir-birilərinə rəqib olmalarına imkan yaradılmayıb. Bu isə iki ölkə arasındakı siyasi münasibətlərin qaydasında olmaması ilə əlaqədardır. 

1/8 finalda görüşəcəklər: 

"Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

"Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)

"Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Moskva, Rusiya)

MOİK (Moskva, Rusiya) - "Lion" (Fransa)

"Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)

"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Plzen, Çexiya)

"Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)

"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)

Oyunlar martın 8-də və 15-də keçiriləcək. İlk görüşlər adları birinci göstərilən komandaların meydanında təşkil olunacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN