SON DƏQİQƏ

2018 Formula 1 Azərbaycan Qran Prisinin son günündə britaniyalı ulduz Dua Lipa konsert verəcək

Tarix:23-02-2018, 15:38

“Brit Awards 2018” müsabiqəsinin ikiqat qalibi aprelin 29-da Bakı Kristal Zalında səhnəyə çıxacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, dünya musiqisində özünəməxsus yerə malik ifaçılardan biri olan Dua Lipa 2018 Formula 1 Azərbaycan Qran Prisi başa çatdıqdan sonra axşam saatlarında keçiriləcək konsert proqramında çıxış edərək Bakıda gərgin mübarizə və əyləncə fonunda baş tutacaq möhtəşəm yarış həftəsonuna öz damğasını vuracaq.

Ötən illərdəki yarışlardan fərqli olaraq bu il dünya ulduzlarının verəcəyi axşam konsertləri Kristal Zalda keçiriləcək.

Biletləri tamamilə satılan konsertləri və hit mahnıları ilə 2017-ci ili başa vuran Dua Lipa 8,5 milyon sinql və 1,5 milyon albom sataraq, ötən il “Spotify”-da ən çox dinlənilən britaniyalı qadın ifaçı adına layiq görülüb.

Duanın “YouTube”-da baxış sayı 1 milyardı keçən “New Rules” adlı mahnısı Böyük Britaniya mahnı çartlarında 2 həftə 1-ci yerdə olmuşdur. Bununla da müğənni 2015-ci ildən bəri Adeldən sonra Böyük Britaniyada 1-ci pillədə qərarlaşan ilk solo qadın ifaçıdır.

2018-ci ilə nəzər salsaq, Duanın “IDGAF” adlı ən sonuncu mahnısı “Spotify”-da hələ ki, 5-ci yerdə qərarlaşıb. “New Rules” adlı mahnısı isə ABŞ-ın “Billboard Hot 100” siyahısında yer alır. Bütün biletləri satılmış Böyük Britaniya arena turuna hazırlaşan Dua bu həftə baş tutmuş builki “BRIT Awards 2018” mükafatına 5 kateqoriya üzrə nominasiya ilə ən çox namizəd göstərilən ifaçıdır. Dua Lipa bu nominasiyalardan ikisinin - “Ən yaxşı qadın solo ifaçı” (Best Female) və “Qısa müddətdə böyük uğur qazanan ifaçı” (Breakthrough Act) nominasiyalarının qalibi olub.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN