"Barselona" "Ayaks"ın 4 futbolçusu ilə yaxından maraqlanır.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, kataloniyalıların nümayəndəsi Xose Mari Bakero Hollandiya təmsilçisinin üzvləri - Mateys de Liqt, Donni van de Bek, Frenki de Yonq və bir vaxtların məşhur hücumçusu Patrik Klyuvertin oğlu Castin Klyuverti izləmək üçün sözügedən ölkəyə yollanıb. "Ayaks"ın "Zvolle"yə 1:0 hesabı ilə qalib gəldiyi oyunda meydanda olan hər 4 futbolçunun çıxışı "Barselona"nın nümayəndəsi tərəfindən bəyənilib. Bakero C. Klyuvertin oyununu xüsusi qeyd edib.
Xatırladaq ki, Patrik Klyuvert 1998-2004-cü illərdə "Barselona"nın şərəfini qoruyub.