SON DƏQİQƏ

Ukraynadan Rusiya boykotu

Tarix:14-03-2018, 16:48

Ukraynanın gənclər və idman naziri İqor Jdanov martın 14-də yeni əmr imzalayıb. Novator.az-ın məlumatına görə, əmr Ukrayna idmançılarının Rusiyada keçirilən bütün turnirlərdə iştirakına qadağa qoyur. Nazir beynəlxalq federasiyaları Rusiyada turnirlər keçirməməyə çağırıb.

Qadağa Rusiyanın işğalçı siyasəti ilə bağlıdır.

2014-cü ildə Rusiya Ukraynanın Krım bölgəsini işğal edərək özünə birləşdirib. Donbas bölgəsində Moskvanın dəstəyi ilə qurulmuş iki separatçı rejim isə ölkənin bir hissəsini işğal altında saxlayır. Ümumilikdə Ukrayna ərazisinin 7,2%-i işğal edilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN