SON DƏQİQƏ

"Matçın ən yaxşı oyunçusu hakim idi” - Hakan Çalhanoğlu

Tarix:16-03-2018, 13:32

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu Avropa Liqasının 1/8 finalında "Arsenal"a 1:3 hesabı ilə uduzduqları cavab oyununu şərh edib.

Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi görüşün baş hakimi Yonas Erikssonu tənqid edib:

"Arsenal"a qarşı yaxşı oynadıq. Londonda bu səviyyədə futbol göstərmək asan deyil. Qol vurduq. Lakin sonra inanılmaz şeylər baş verdi. Avroliqada belə halları tez-tez görmürük. Rodriqes rəqibə toxunmamışdı, amma hakim qapımıza penalti təyin etdi. Bu isə oyununun taleyini dəyişdi. Matçın ən yaxşı oyunçusu hakim idi”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN