SON DƏQİQƏ

"Roma" türkiyəli futbolçunu heyətdən kənarlaşdırıb

Tarix:30-03-2018, 22:50

İtaliyanın "Roma" klubunda çıxış edən türkiyəli futbolçu Cengiz Ünder heyətdən kənarlaşdırılıb.

"Report"un məlumatına görə, buna səbəb gənc futbolçunun zədəli olmasıdır.

Türkiyə millisinin üzvü İtaliya A Seriyasının 30-cu turunda səfərdə "Bolonya" ilə matçda iştirak edə bilməyəcək.

21 yaşlı hücumçunun Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında "Barselona"ya qarşı iştirakı isə sual altındadır.

Qeyd edək ki, "Bolonya" - "Roma" matçı martın 31-də, "Roma" - "Barselona" qarşılaşması isə aprelin 4-də keçiriləcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN