SON DƏQİQƏ

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

Tarix:5-04-2018, 07:24

Bu gün Avropa Liqasında 1/4 həyəcanı start götürəcək. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyunları keçiriləcək.

 

Turnirin favoritlərindən olan “Arsenal” Moskva MOİK-ini qəbul edəcək. Rusiyanın turnirdəki yeganə təmsilçisi olan “hərbçilər” Londondan sərfəli nəticə ilə dönməyə ümidlidir. Avropa Liqasını qazanmağa əsas namizədlərdən biri kimi göstərilən “Atletiko” da ilk matçını evdə keçirəcək. İspaniya nəhəngi doğma azarkeşləri önündə “Sportinq”i sınağa çəkəcək.

 

Sensasiyalı şəkildə 1/4 finala qədər irəliləyən “Zalsburq” möcüzənin davamına çalışacaq. Bunun üçün Avstriya təmsilçisi ilk olaraq “Latsio” ilə səfər görüşündə uğurlu nəticə əldə etməlidir. Almaniya və Fransa çempionatlarının yüksək pillələrində qərarlaşan “Leyptsiq”lə “Marsel” isə öz aralarında münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Avropa Liqası

 

1/4 final (ilk oyunlar)

 

5 aprel

 

23:05. “Arsenal” (İngiltərə) – MOİK (Rusiya)

 

23:05. “Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya)

 

23:05. “Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya)

 

23:05. “Leyptsiq” (Almaniya) – “Marsel” (Fransa)

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN