İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Xulen Lopetegi ilə müqavilənin müddətini uzadıb.
"Report" federasiyanın rəsmi "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis yığmaya 2020-ci ilə qədər rəhbərlik edəcək.
Qeyd edək ki, Xulen Lopetegi 2016-cı il Avropa çempionatından sonra millinin baş məşqçisi olub.