SON DƏQİQƏ

Dünyanın ən titullu futbolçusunun təqdimatına 45 min azarkeş gəlib

Tarix:7-08-2019, 22:16

Braziliyanın “San-Paulu” klubu ilə 3 illik müqavilə bağlayan Dani Alvesin təqdimat mərasiminə 45 min azarkeş gəlib.

“Report” xəbər verir ki, komandanın ev oyunlarını keçirdiyi “Morumbi” stadionunda baş tutan təqdimatda 36 yaşlı sağ cinah müdafiəçisi klubun emblemini öpərək tərəfdarlara təşəkkür edib.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Alves dünyanın ən titullu futbolçusudur. Karyerası ərzində vətənində “Bahiya”, İspaniyada “Sevilya” ilə “Barselona”, İtaliyada “Yuventus”, Fransada isə PSJ-nin formasını geyinən təcrübəli oyunçu, ümumilikdə, 40 titul qazanıb.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN