SON DƏQİQƏ

"Qarabağ" Xayme Romeronu itirdi

Tarix:23-09-2019, 22:16

"Qarabağ" Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə "Zirə" üzərində inamlı qələbəyə sevinsə də, heyətlə bağlı ciddi itki ilə üzləşib. Milli.Az matc.az-a istinadən bildirir ki, qarşılaşmanın sonlarında ispaniyalı yarımmüdafiəçi Xayme Romero zədə alıb.

Çiynindən zədə alan futbolçu oyunu davam etdirə bilməyib. Həkimlər onun meydanı tərk etməsinə qərar veriblər. Bu üzdən də baş məşqçi Qurban Qurbanov Xaymenin əvəzində 84-cü dəqiqədə meydana Toral Bayramovu buraxıb.

Qeyd edək ki, ilk yarıda "Zirə"nin müdafiəçisi Miloş Bakraç da zədələnib və onu Tellur Mütəllimov əvəzləyib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN