SON DƏQİQƏ

"Mançester Yunayted" son maliyyə ili üçün rekord gəlir əldə edib

Tarix:24-09-2019, 20:13

İngiltərənin "Mançester Yunayted" futbol klubu son maliyyə ili (2018/2019 mövsümü) üçün rekord gəlir əldə edib.

"Report" ESPN-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın gəliri 627 milyon funt sterlinq, xalis gəliri isə 50 milyon funt sterlinq olub. 2017/2018 mövsümündə isə gəlirlər müvafiq olaraq 590 milyon funt sterlinq və 44.1 milyon funt sterlinq təşkil edib.

Qeyd edək ki, "Mançester Yunayted" 2018/2019 mövsümündə Premyer Liqanı 6-cı sırada başa vurub, Çempionlar Liqasında isə 1/4 finala kimi irəliləyə bilib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN