SON DƏQİQƏ

“Qəbələ”nin yeni sponsoru müəyyənləşib

Tarix:19-12-2019, 15:58

“Qəbələ” İdman Klubunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bu gün təşkil olunan mətbuat konfransında klubun yeni sponsorunun adı açıqlanıb.

“Qəbələ”nin yeni tərəfdaşı “Jalə” Şirələri olacaq.

Qeyd edək ki, 1995-ci ildə yaranan "Qəbələ" İdman Klubunun ilk adı “Göy Göl” olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayın 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2005/06 mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ildə yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” İK adı ilə dəyişdirilib. İki dəfə Avropa Liqasının qrupunda çıxış etmiş “Qəbələ” Azərbaycan kubokunun son qalibidir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN