SON DƏQİQƏ

Konor yenə "qaşınır": "Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz”

Tarix:14-01-2020, 21:54

UFC-nin sabiq çempionu Konor Makqreqor titulun sahibi Həbib Nurmaqamedovla Moskvada qarşılaşmaq istədiyini növbəti dəfə açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə o, ESPN-ə müsahibəsində deyib:

“Bu ili Həbiblə Moskvada görüşlə bitirmək istərdim. Bu, baş verməlidir. Mən Moskvada olmuşam. Gözəl şəhərdir. Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz”.

Xatırladaq ki, Həbib və Konor 2018-ci ilin oktyabrnda qarılaşıblar. Həmin görüşdə dağıstanlı idmançı 4-cü raundda qələbə qazanıb. Bundan sonra Konor onu yenidən döyüşə çağırıb.Həbib Nurmaqamedovun meneceri Əli Abdel-Əziz isə Makreqorla döyüşün onları maraqlandırmadığını söyləyib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN