SON DƏQİQƏ

Tannınmış futbolçu karyerasını bitirib, oxumağa getdi

Tarix:8-05-2017, 15:55

"Neftçi" klubunun daha bir futbolçusunun taleyinə aydınlıq gəlib. Mahir Şükürov gələn mövsümdən "ağ-qaralar"ın formasını geyinməyəcək.
 
Belə ki, millinin sabiq üzvü karyerasını bitirmək qərarına gəlib. Bunu əməkdaşımızla söhbətində "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev də təsdiqləyib.
 
O bildirib ki, Şükürov bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək: "Mahir karyerasını bitirdi. O, bundan sonra aşağı yaş qrupu komandalarımızdan birini çalışdıracaq. Təbii ki, məşqçilik kateqoriyası üçün oxumağa da göndəriləcək".
 
Qeyd edək ki, Mahir Şükürov milli komandanın heyətində 76 oyun keçirib, 4 qola imza atıb.
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN