SON DƏQİQƏ

Kolumbiyalı futbolçu 22 yaşında avtomobil qəzasında ölüb

Tarix:8-05-2017, 15:57

Kolumbiyanın “Atletiko Uila” klubunun futbolçusu Eduard Qutyerres dünyasını dəyişib.

“Report”un “El Heraldo” nəşrinə istinadən verdiyi məlumata görə, 22 yaşlı müdafiəçi avtomobil qəzasında həyatını itirib.

E.Qutyerres mayın 7-də Uila şəhərində qəzaya düşüb. Kolumbiyalı futbolçunun rəfiqəsinin idarə etdiyi avtomobil ağaca çırpılıb. Nəticədə o, hadisədən bir neçə saat sonra xəstəxanada keçinib.

Qeyd edək ki, 2015-ci ildən “Atletiko Uila” komandasının formasını geyinən Eduard Qutyerres ümumilkdə 19 oyunda iştirak edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN