SON DƏQİQƏ

"Qalatasaray" bütün futbolçulara cəza verdi

Tarix:10-05-2017, 16:02

Türkiyə Superliqasında qeyri-stabil çıxış edən "Qalatasaray"ın İdarə heyəti mayın 9-da iclas keçirib. Bu toplantıda klubdakı hazırki durum müzakirə olunub.
 
Rəhbərlik futbolçuların hamısına məvaciblərinin 10% dəyərində pul cəzası təyin edib. "Qalatasaray"ın rəsmi saytı klubda idman direktoru vəzifəsini Cenk Ergünün tutduğunu qeyd edib. Onun köməkçisi Uğur Yıldız təyin olunub.
 
Yıldız 2015-ci ildə Qroskroytsun transfer sənədlərini FİFA-ya transfer pəncərəsi bağlanandan və boş formada göndərdiyinə  görə vəzifəsindən qovulmuşdu. Klub prezidenti Dursun Özbekin növbəti mövsüm üçün aparılacaq işlərə şəxsən nəzarət edəcəyi bildirilir. (goal.az)
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN