SON DƏQİQƏ

UEFA-dan yeni qərarlar: Futbol oyunlarının vaxtı dəyişdirilir

Tarix:2-06-2017, 14:56

UEFA Çempionlar Liqasında 2018/19 mövsümü üçün bəzi dəyişikliklər edəcək. Qitənin ali futbol qurumunun xüsusilə oyunların saatlarındakı dəyişikliyi diqqət çəkib.

 

Belə ki, yeni mövsümdən etibarən ÇL-də eyni gündə baş tutacaq oyunların ikisi Bakı vaxtı ilə saat 21:00-da, qalanları isə 23:00-da başlayacaq.

 

Bundan əlavə Avropa Liqası çempionu üçün də qaydalar dəyişdirilib. Hazırda aktiv olan sistemə görə, Avroliqanın qalibi növbəti mövsüm ÇL-yə pley-off mərhələsindən başlayırdısa, bundan sonra birbaşa qrup mərhələsində yer alacaq.(apasport)

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN