Türkiyə millisinin üzvü Arda Turanın meneceri Əhməd Bulud "Barselona" forması geyinən futbolçunun komandadan ayrılacağı xəbərlərini təkzib edib.
SonXəbərlər-in məlumatına görə, Əhməd Bulud milli futbolçunun 30 iyun 2020-ci ilə qədər "Barselona" ilə müqaviləsi olduğunu bildirərək, "Hiç bir yerə getmir. "Barselona" rəhbərliyi də ondan razıdır. Heç bir komandayla söhbətimiz olmayıb. Xəbərlər onu narahat edir. Hətta "Barselona" rəhbərliyi də yayılan xəbərlərdən narahatdır. Mövsümün ikinci yarısından bu yana bizi hər yerə göndərdilər. 2020-ci ilə qədər "Barselona"dayıq", - deyib.