"Arsenal" bu yay üçün ilk transferini reallaşdırıb.
SonXəbərlər goal.az-a istinadən xəbər verir ki, "topçular" Bosniya-Hertseqovina millisinin 23 yaşlı müdafiəçisi Sead Kolaşinatsı heyətə cəlb edib. O, "Schalke"dən azad agent kimi London klubuna keçib. Kolaşinatsın "Arsenal"da həftəyə 140 min avro qazanacağı deyilir. Bosniyalı futbolçu "Schalke" yetirməsidir. O, 2012-ci ildən əsas komandada çıxış edir.