SonXəbərlər-in verdiyi məlumata görə, Avropanın bəzi klubları mövsüm sonu Kriştianu Ronaldunu heyətinə qatmaq fikrinə düşüb. "Real Madrid"in ulduz futbolçusu üçün fantastik miqdarda - 180 milyon avro təklif edilib.
Kriştianu Ronaldunu heyətində görmək istəyən klublar "Mançester Yunayted", "Liverpul" və "Monako"dur. Bu klublar Portuqaliya yığmasının futbolçu üçün 180 milyon avro ödəməyə hazırdır .
Qeyd edək ki, "Kral klubu" ilə Ronaldunun hazırkı müqaviləsi 2021-ci ilin yayınadək qüvvədədir.