SON DƏQİQƏ

Messiyə illik 75 milyon avro təklif edilib

Tarix:8-06-2017, 10:25

"Barselona" Lionel Messi ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.

 

“Marca” qəzetinin yazdığına görə, müddəti 2021-ci və yaxud 2022-ci ilə kimi nəzərdə tutulan yeni müqavilə iyunun sonundan tez olmayaraq imzalanacaq. Müqavilənin digər təfərrüatları barədə məlumat verilmir. Bundan əvvəl İspan KİV-ləri klub rəhbərliyinin Messiyə müqaviləni artırması üçün 40 milyon avro məbləğində mükafat və illik 35 milyon avroluq maaş təklif etdiyini yazıb.

 

Argentinalının “Barselona” ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır. 30 yaşlı L. Messi “Barselona”da 2003-cü ildən çıxış edir. Argentinalı oyunçu cari mövsümdə La Liqada 34 oyunda 37 qol vuraraq 4-cü dəfə "Qızıl buts" mükafatının sahibi olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN