SON DƏQİQƏ

"Fənərbağça" fransalı yarımmüdafiəçini transfer etdi

Tarix:12-06-2017, 16:19

Türkiyənin "Fənərbağça" klubu Fransa "Lion"u ilə futbolçu Matyö Valbuenanın transferinə dair ilkin razılıq əldə edib.

SonXəbərlər report-a istinadən xəbər verir ki, rəsmi müqavilə transfer pəncərəsinin açılacağı iyunun 17-dən sonra imzalanacaq. Cinah hücumçusu mövqeyində və hücumçuların arxasında oynamağı bacaran 32 yaşlı oyunçu ilə müqavilənin müddəti və transfer məbləği hələlik açıqlanmır.

Qeyd edək ki, Matyö Valbuena 2016-2017 mövsümündə 9 qol vurub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN