"Bayer Leverkusen"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu 3 klubun maraq dairəsinə düşüb.
SonXəbərlər goal.az-a istinadən xəbər verir ki, "Çelsi", "Latsio" və "Arsenal" 23 yaşlı havbeki transfer etmək niyyətindədir. İngilis klubları buna daha şanslıdır. "Latsio" isə Hakana əsas heyətdə oynamağa zəmanət verməklə onu cəlb etməyə çalışır.
Ötən mövsüm futbolçu 15 oyunda meydana çıxmışdı. Buna səbəb "Trabzonspor"un şikayəti əsasında ona verilən 4 aylıq diskvalifikasiya idi.