SON DƏQİQƏ

BƏƏ-nin xahişi ilə qətərli hakimlər oyundan kənarlaşdırılıb

Tarix:12-06-2017, 16:27

FİFA Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tailand yığmaları arasında keçiriləcək 2018-ci il dünya çempionatının seçmə oyununun qətərli hakimlər briqadasını dəyişib.

SonXəbərlər report-a istinadən xəbər verir ki, bu qərar BƏƏ Futbol Assosiasiyasının xahişi əsasında verilib. 

İyunun 13-də Banqkokda təşkil olunacaq qarşılaşmaya sinqapurlu hakimlər təyinat alıb. 

Qeyd edək ki, BƏƏ iyunun 5-də Qətərlə diplomatik münasibətləri kəsən ölkələrdən biridir. 2022-ci il dünya çempionatının təşkilatçılarını terrorçulara dəstəkdə ittiham edirlər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN