SON DƏQİQƏ

Burak Yılmaz yenidən Beşiktaş forması geyinə bilər

Tarix:13-06-2017, 15:50

Baş məşqçi Şenol Günəş, maliyyə şərtlərin uyğun olması halında Burak Yılmazın transferinə razılıq verib.

SonXəbərlər xəbər verir ki, transfer işlərinə davam edən "Beşiktaş", forvet xəttini gücləndirməyə çalışır. Əvvəlcə Aboubakarın heyətində tutmaq istəyən ağ-qaralar, Burak Yılmazı da gündəmdə saxlayır.

Bu günə qədər milli futbolçunun klubu "Beijing Guoan" ilə təmasa keçilməsə də, klub prezidenti Fikrət Orman və texniki direktor Şenol Günəş, Burak mövzusunda müsbət bir düşünürlər.

Prezident F.Orman, Burak ilə əlaqədar ona verilən suallara cavab olaraq, "Uyğun olarsa niyə də olmasın?" deyə cavab verib.

Burak Yılmaz da karyerasına Türkiyədə davam etmək istəyir. Klubu ilə 2 il daha müqaviləsi olan futbolçunun, alacaqları qarşılığında sərbəst qalma ehtimalı var. Bu vəziyyətdə Burak, "Beşiktaşa" transfer xərci olmadan keçə bilər.

2006-2007 və 2007-2008 mövsümündə "Beşiktaş"ın formasını tərlədən Burak, çıxdığı 55 matçda 7 qol vurmuşdu. Şenol Günəş rəhbərliyindəki "Tranzonspor"da isə karyerasının ən yaxşı dövrlərindən birini keçirmişdi. Burak, 93 matçda 58 qol vurma müvəffəqiyyətini göstərmişdi.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN