SonXəbərlər-in verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətərə aid "beIN Sports" kanalının peyk cihazlarının ölkədə satışına qadağa qoyub.
BƏƏ-nin rəsmi xəbər agentliyi "WAM" xəbər verir ki, ölkə ərazisində kanala aid peyk antenlərinin satışı və üzvlülük yenilənməsi dayandırılıb.
Məşhur "beIN Sports" kanalı ilə bağlı qadağaya riayət etməyən vətəndaşların isə cəzalandırılacağı da bildirilir.
Qeyd edək ki, 2012-ci ildə yaradılan "beIN Sports" kanalı idman mövzusunda proqramlar və canlı yayımlar təqdim edir. Kanal ərəb, fransız, ingilis, ispan və türk dili də daxil olmaqla, 5 fərqli dildə yayımlanır. "beIN Sports" futbol, reqbi, velosiped və həndbol kimi bir çox idman yarışlarının birbaşa yayımlarını təqdim edir.